01 yan 2022 - 31 may 2022

Yanardağ & Atəşgah

Abşeron yarımadası

Yanardağı və Atəşgah məbədini hər kəs ən azı bir dəfə ziyarət etməlidir!

Yanardağda torpağın dərinliklərində yatan və əsrlər boyunca bir an belə sönməyən, yamacın üstündəki hiddətli alovları seir etməyə tələsin.

Eyni zamanda, vaxtilə atəşpərəstlərin müqəddəs məbəddə öz dini ayinlərini necə yerinə yetirdiklərini anlamaq, alov naminə özünə xəsarət yetirmək üsulları ilə tanış olmaq, Hindu tacirlərinin (multans) gecə qaldıqları otaqları görmək istəyənlər Atəşgahı ziyarət etməlidirlər.

Kombinə edilmiş bilet hər iki məkanı ziyarət etməyə imkan verir. 

 

Xəbərlərə abunə olun