Bakı Dövlət Universitetinin Fizika fakültəsində bakalavr təhsil dərəcəsini bitirib. ADA Universiteti və Maastrixt İdarəetmə İnstitutunun birgə ikili diplom proqramını bitirərək MBA dərəcəsi əldə edib.
“Norveç Qaçqınlar Şurası”, “Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası” kimi beynəlxalq təşkilatlarda, ABŞ-ın Azərbaycandakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. Gilan Holdinqin “Dərs Evi” şirkətində Əməliyyatlar üzrə Direktor, “İstək Liseyi”ndə İbtidai Beynəlxalq məktəbin direktoru kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzində Layihələrin idarəedilməsi şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Hazırda Mərkəzin İdarə Heyəti sədrinin müavinidir.
Ailəlidir, 3 övladı var.
Telefon: (+994 12) 505 87 04 Daxili (1303)