01 apr 2024 - 31 avq 2024

Şəkixanovlar Evi

Şəki şəhəri

Şəkixanovların evi - dekorativ elementlərlə zəngin, saray tipli yaşayış evidir. Qaladan bir qədər uzaqda, Şəki Xan sarayından qərbdə, Otaq eşiyi məhəlləsində, XVIII əsrin ikinci yarısında şəbəkə üsulu ilə tikilib.

Bu tikilinin interyerindəki divar naxışları Xan sarayının divarına naxışların vurulmağa başlandığı dövrə, XVIII əsrin ikinci yarısına aiddir. Şəkixanovların evində Şəki xanlarının qohumları yaşayıb. Daxili dekorativ elementlərinin zənginliyi ilə Şəkixanovların evi saray tipli evləri xatırladır.

Xəbərlərə abunə olun