05 yan 2021 - 18 fev 2021

Kiş kilsəsi

Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban xristian məbədi, Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Moisey Kalankatlyunun “Alban ölkəsinin tarixi” əsərinə görə, xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey "Giş" adlı kəndə gedərək orada kilsə tikib. Həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə də tanınır.

2000-ci illərdə Azərbaycan və Norveç tədqiqatçı-arxeoloqları tərəfindən aparılmış arxeoloji və elmi-tədqiqat işləri əsasında Kiş “Müqəddəs Yelisey” Kilsəsi memarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilib, restavrasiya işləri həyata keçirilərək ərazinin mədəni qatları müəyyən olunub.

Arxeoloji qazıntılar nəticəsində məbədin giriş qapısının altında qədim bünövrənin qalıqları aşkar olunub ki, onun da üzərində I–II əsrlərdə Kiş məbədi ucaldılıb.

Kiş məbədi sadə təkzallı bazilikadən günbəzli memarlığa qədər 5 tikinti mərhələsi keçib. Adi təkzaldan ibarət olan kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır.

 

Xəbərlərə abunə olun