"TRT AVAZ" Palçıq Vulkanları Turizm Kompleksindən reportaj hazırlayıb

Türkiyə Respublikasının “TRT AVAZ” televiziya kanalı Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki Palçıq Vulkanları Turizm Kompleksindən reportaj hazırlayıb.

“Adım adım Türkistanda” verilişinin layihə rəhbəri və aparıcısı Şəhriyar İmanbəyli Kompleksin ərazisindəki vulkanları, o cümlədən “Qılınc” palçıq vulkanını izləyib.

Kompleksin bələdçisi Sevinc Hacıyeva turizm obyektinin fəaliyyəti barədə qonağa məlumat verib. Bildirilib ki, Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir.

Reportajda Kompleksin Turizm İnformasiya Mərkəzi, Minerallar sərgisi və “Təbiət tarixi” sərgi zallarında nümayiş olunan eksponatlardan da bəhs edilib. Tamaşaçılara palçıq vulkanlarının xüsusiyyətləri, təbii özəllikləri, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümunələri barədə məlumat verilib. 

Xəbərlərə abunə olun