Tarixin mirası olan hamamlar bərpa edilir

Azərbaycan Televiziyasının (AzTv) bölgə müxbiri Əli Səmədov Şəkinin tarixi hamamları barədə süjet hazırlayıb.

Süjetdə qeyd olunub ki, Şəkinin simasını formalaşdıran memarlıq abidələri sırasında hamamlar xüsusi yer tutur. Təəssüf ki, onların bir qismi zamanın təsiri ilə sıradan çıxıb. Amma müasir dövrümüzə kimi gəlib çatan hamamlar da var. Hazırda Şəkidə həmin hamamlar bərpa edilərək qədim şəhərin müasir həyatının bir hissəsinə çevrilir.

Müxbir Ə.Səmədov vurğulayıb ki, Şəkidə 90-cı illərin əvvəlindən fəaliyyətini dayandıran Abdul Xalıq hamamı, Qoçu Abbas (Ağvanlar) hamamı, Dərə hamamı və Yeraltı hamam (Pendir hamamı) 30 il sonra bərpa olunaraq, bölgənin turizm infrastrukturuna çevrilir.

Süjetdə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Nigar Səmədova, menecer Ruhiyyə Rəhimova və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun baş memarı Sehran Məmmədovun fikirlərinə də yer verilib.

Xəbərlərə abunə olun