Şəki Tarix Diyarşünaslıq muzeyində təkəlduzla bağlı təlim keçirilib

Şəki Tarix Diyarşünaslıq muzeyində “Təkəlduz sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi” mövzusunda master-klass keçirilib. Tədbirdə təkəlduz üzrə sənətkarlar Nərgiz Əzizova və Səyalı Səlimli iştirakçılara bu sənətin tarixi, toxuma üçün azım olan ləvazimatlar – sap növləri, qarmaq, saxnaq barədə məlumat veriblər. Təlimlər praktiki məşğələlərlə davam edib. Bu zaman iştirakçılara qarmağın istifadə qaydası, parçanın saxnağa keçirilməsi, kağız üzərində eskizin çəkilməsi və parça üzərinə köçürülməsi əyani olaraq nümayiş etdirilib.  

 Üç gün davam edən master-klassda Şəki Pedaqoji Kollecinin “Təsviri incəsənət” ixtisası üzrə 4-cü kurs tələbələri konkret naxış üzrə təkəlduz nümunələrinin yaradılmasını öyrəniblər.

Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.  

Xəbərlərə abunə olun