Əsrlər boyu sönməyən atəş

"Belə belə işlər" layihəsi çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan bəhs edən "Əsrlər boyu sönməyən atəş" adlı qısametrajlı film çəkilib.

Filmdə qeyd olunub ki, paytaxt Bakının Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu Azərbaycanın ən unikal abidələrindən biri hesab olunur.

Bu məkan qədim dövrlərdə zərdüştilərin ibadətgahı kimi tanınıb. Tarixi mənbələrə əsasən, “Atəşgah məbədi”nin ən qədim tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə isə burada ibadət üçün xüsusi hücrələr, zəvvarların qalması üçün karvansara və digər tikililər inşa edilib.

“Atəşgah məbədi” təkcə dini baxımdan deyil, həm də memarlıq xüsusiyyətlərinə görə böyük maraq doğurur. Tarixi, dini dəyərləri qoruyub saxlayan bu abidə yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.

Xəbərlərə abunə olun