Şəhid və qazi övladları "Atəşgah Art Center"də qonaq olublar

Bu gün Vətən müharibəsi şəhidləri və qazilərin övladları “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Atəşgah Art Center”in sənət qalereyasında qonaq olublar.

“Dəmir yumruq” layihəsi çərçivəsində uşaqlara taxta üzərində oyma, taxta fiqurları rəngləmə, dulusçuluq üzrə master klass keçirilib. Uşaqlar “Xarı bülbül” kompozisiyasını rəngləyiblər, gildən müxtəlif fiqurlar düzəldiblər, taxta üzərində fərqli fiqurlar oyublar.

Tədbirdə 20-ə yaxın uşaq iştirak edib.

Qoruqları İdarəetmə Mərkəzi tərəfindən dəstəklənən toplantıda “YAŞAT” Fondunun və Suraxanı İcra Hakimiyyətinin nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

Xəbərlərə abunə olun