01 apr 2024 - 31 avq 2024

"Yanardağ" & "Atəşgah məbədi"

Abşeron yarımadası

"Yanardağ" və "Atəşgah məbədi"ni hər kəs ən azı bir dəfə ziyarət etməlidir!

"Yanardağ"da torpağın dərinliklərində yatan və əsrlər boyunca bir an belə sönməyən, yamacın üstündəki hiddətli alovları seir etməyə tələsin.

Eyni zamanda, vaxtilə atəşpərəstlərin müqəddəs məbəddə öz dini ayinlərini necə yerinə yetirdiklərini anlamaq, alov naminə özünə xəsarət yetirmək üsulları ilə tanış olmaq, Hindu tacirlərinin (multans) gecə qaldıqları otaqları görmək istəyənlər "Atəşgah məbədi"ni ziyarət etməlidirlər.

Kombinə edilmiş bilet hər iki məkanı ziyarət etməyə imkan verir. 

 

Xəbərlərə abunə olun