"Atəşgah məbədi" Azərbaycan ərazisindəki Abşeron yarımadasında, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir.
XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir.
Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur.
"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna bileti əldə etmək üçün "Bilet al" düyməsinə klikləyib www.iticket.az saytına keçid edə bilərsiniz.