Biz kimik

“Qoruqları İdarəetmə Mərkəzi”nin əsas vəzifələri Qoruqların ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, Qoruqlardan məqsədyönlü istifadəni təmin etməklə onların ərazilərində effektiv inzibati və maliyyə idarəçiliyini tətbiq etmək, Qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarix-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaqdan ibarətdir.

Aşağıda göstərilən Qoruqlar “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

  • “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu
  • “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu
  • “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu
  • “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu
  • “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu
  • “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla)
  • “Kiş” Tarix-Memarlıq Qoruğu
  • “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 14 avqust 2019-cu il tarixli  356 nömrəli qərarına əsasən siyahıya aşağıdakı müəssisələr də əlavə edilib: 
 

  • Şəki Tarix-Diyarşünaslıq Muzeyi
  • Şəki Xalq Tətbiqi Sənəti Muzeyi 
  • Şəki Dövlət Rəsm Qalereyası
  • Lahıc Tarix-Diyarşünaslıq Muzeyi 
  • Basqal qəsəbə Mədəniyyət Evi  
  • Xınalıq kənd Mədəniyyət Evi  

Mərkəzin fəaliyyətinin məqsədləri aşağıdakılardır:

  • qoruqlarda tarix və mədəniyyət abidələrinin, mədəni irsin qorunması;
  • qoruqların ərazisi üçün müəyyən olunmuş rejimi saxlamaqla abidələrin tarix və mədəni cəhətdən öyrənilməsi, toxunulmazlığının təmin edilməsi;
  • qoruqların turizm yönümlü istifadəsinin təmin edilməsi;
  • qoruqların öz gəlirləri hesabına idarə olunması və maliyyə mənbələrinin diversifikasiyasının təşviqi;
  • qoruqlarda dayanıqlı idarəçiliyin təmin edilməsi.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • qoruqlar sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
  • qoruqlar sahəsinə aid fəaliyyətin planlaşdırılması, nəzarət və əlaqələndirmə işlərini təşkil etmək; 
  • qoruqların ərazilərində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənmək;
  • qoruqlardan məqsədyönlü istifadə olunmasını təşkil etmək.

Xəbərlərə abunə olun